EN

Rəşad Dağlı azadlığa qovuşur? – Vəkili görün nə dedi...

Azərbaycan Prezidenti tərəfindən 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması cəmiyyətdə geniş əks-səda doğurub. Bu qərarla bağlı müxtəlif sahələrdə addımların atılacağı gözlənildiyi bir zamanda, əfv sərəncamının imzalanacağına dair ehtimallar da gündəmə gəlib. Belə bir dövrdə cəmiyyətin diqqət mərkəzində olan şəxslərdən biri isə hazırda azadlıqdan məhrum edilən məşhur meyxana ustası Rəşad Dağlıdır (Əmirov). Onun adının əfv siyahısında olub-olmayacağı ictimaiyyət tərəfindən maraqla izlənilir. Sosial şəbəkələrdə və mediada Rəşad Dağlının azadlığa buraxılması ilə bağlı çağırışlar intensiv şəkildə davam edir.

Maraqlıdır, bu şəraitdə Rəşad Dağlının əfvlə azadlığa buraxılması ehtimalı fonunda onun ailə üzvləri və sənət dostları tərəfindən Əfv Komissiyasına rəsmi müraciət olunubmu və ya yaxın günlərdə belə bir addım atılacaqmı? Bu sual cəmiyyətin maraq dairəsindədir.

Day.Az xəbər verir ki, məsələyə aydınlıq gətirmək məqsədilə Yenisabah.az olaraq Rəşad Dağlının hüquqlarını müdafiə edən vəkil Elvin Əliyevlə əlaqə saxladıq. Vəkil məsələyə münasibət bildirməkdən imtina etdi və əfvlə bağlı hər hansı açıqlama vermək istəmədiyini vurğuladı. 

Aytac Şahin

Chosen
0
1
day.az

2Sources