EN

Rusiya Azərbaycan məhsullarının alışını artırıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Rusiyaya 232,9milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixracolunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 7,3 milyon ABŞ dolları və ya 3,3% çoxdur.

Hesabat dövründə Rusiyaya qeyri-neft məhsullarının ixracıAzərbaycanın ümumi ixracının 30,17%-i həcmində olub. Bununla daRusiya Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyiölkələr sırasında 1-ci pillədə qərarlaşıb.

Eyni zamanda, 2025-ci ilin yanvar-mart aylarında AzərbaycanlaRusiya arasında ticarət əməliyyatlarının həcmi 1,4 milyard ABŞdolları təşkil edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 540,8 milyon ABŞ dolları və ya 60,7% çoxdur. Hesabatdövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarətdövriyyəsinin 11,88%-i həcmində olub. Bununla da RusiyaAzərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələrsırasında ikinci pillədə qərarlaşıb.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Rusiyaya 233,8milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 4,9 milyon ABŞ dolları və ya 2,1% çoxdur.

Həmçinin, 2025-ci ilin yanvar-mart aylarında RusiyadanAzərbaycana 1,2 milyard milyon ABŞ dolları dəyərində idxaləməliyyatları icra olunub ki, bu da illik müqayisədə 535,9 milyonABŞ dolları və ya 81% artım deməkdir. Bu göstərici ilə RusiyaAzərbaycanın ən çox idxal əməliyyatları apardığı ölkələr sırasındailk pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xariciticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkiledib. Son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞdolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% və ya 1,9milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkiledib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyondollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Chosen
0
5
az.trend.az

10Sources