EN

Rusiya ordusu hərbi əməliyyatları tamamilə dayandırıb

Xüsusi hərbi əməliyyatların aparıldığı ərazilərdə Rusiyanın hərbi qoşunları Vladimir Putinin elan etdiyi atəşkəs başlayandan bəri hərbi əməliyyatları dayandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, ordu əvvəllər işğal olunmuş mövqelərdə və xətlərdə qalır.

“Mayın 8-i gecə yarısından etibarən xüsusi hərbi əməliyyatların aparıldığı bölgələrdəki Rusiya qoşunlarının bütün qrupları döyüş əməliyyatlarını tamamilə dayandırıb və əvvəllər işğal olunmuş xətlərdə və mövqelərdə qalıb”, - məlumatda açıqlanıb.

Rusiya qoşunları atəşkəs rejiminə riayət edir: hava, artilleriya və ya pilotsuz təyyarələrdən zərbələr endirilmir. Atəşkəs rejiminə baxmayaraq, Ukrayna Silahlı Qüvvələri isə hərbi əməliyyatları davam etdirir. Ukrayna ordusu iki dəfə Kursk vilayətində sərhədi keçməyə cəhd edib və DXR-də Dzerjinsk vilayətinə hücum edib.

QAZİLER.AZ

Chosen
0
qaziler.az

1Sources