EN

ABB-nin maliyyə göstəricilərində yüksəliş: Bir ildə 360 milyon, 4 aylıq 80 milyon manat mənfəət

Azərbaycan Beynəlxalq Bankı (ABB) 2024-cü ilin ilk dörd ayında 80 milyon manat xalis mənfəət əldə edib.

Finss.az xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın dayanıqlılıq hesabatına dair keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, bank 2023-cü ili də yüksək maliyyə göstəriciləri ilə başa vurub. Belə ki, ABB 2023-cü ili 360 milyon manatlıq xalis mənfəət ilə tamamlayaraq, strateji inkişaf tarixində ən uğurlu illərdən birinə imza atıb.

“2024-cü ildÉ™ bankın É™mÉ™liyyat gÉ™lirlÉ™ri 13,6%, kredit portfeli isÉ™ 1,3 milyard manat vÉ™ ya 25,8% artıb. TÉ™kcÉ™ biznes kreditlÉ™ri portfeli 614 milyon manat artaraq É™hÉ™miyyÉ™tli hÉ™ddÉ™ çatıb. NÉ™ticÉ™ etibarilÉ™ ABB hÉ™m biznes, hÉ™m dÉ™ ipoteka kreditlÉ™ri üzrÉ™ bazar liderliyini qoruyub,” – deyÉ™ bank rÉ™hbÉ™ri bildirib.

ABB cari il ərzində dövlət büdcəsinə 131 milyon manat vergi və digər ödənişlər köçürüb. Bankın nizamnamə kapitalında dövlətin payı 92,18% təşkil edir ki, bu da ABB-nin sosial və iqtisadi məsuliyyətini artıran əsas faktorlardan biridir.

Müştəri bazasının genişlənməsi barədə danışan A.İbrahimov qeyd edib ki, ABB-nin aktiv müştəri sayı 4 milyonu ötüb. Bu göstərici son bir ildə 32%-lik artım deməkdir. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, yeni müştərilərin 65%-i bank xidmətlərinə məhz rəqəmsal kanallar vasitəsilə qoşulub. Bu göstərici, ABB-nin rəqəmsal transformasiya sahəsində qlobal banklarla müqayisə oluna biləcək səviyyəyə çatdığını nümayiş etdirir.

Bankın regional inkişaf strategiyasına da toxunan A.İbrahimov vurğulayıb ki, ABB ölkənin ərazi bütövlüyünün bərpasından sonra Xankəndidə filial açan ilk bank olub. 2023-cü il ərzində isə 3 yeni filial istifadəyə verilib, 7 filial isə yenilənmiş brend kimliyinə uyğun olaraq təkmilləşdirilib.

“ABB artıq 6 ildir ki, sÉ™hmdarlarına ardıcıl olaraq yüksÉ™k dividend ödÉ™yir. Bu il ilk dÉ™fÉ™ olaraq kütlÉ™vi emissiyadan sonra sayları 30 minÉ™ çatan sÉ™hmdarlarımızla gÉ™lirimizi bölüşəcÉ™yik. Bu, bankımızın saÄŸlam vÉ™ dayanıqlı maliyyÉ™ modelinÉ™ É™saslandığını göstÉ™rir,” – deyÉ™ ABB sÉ™dri É™lavÉ™ edib.

Fuad Mədətov
Finss.az

Chosen
0
fins.az

1Sources