İkinci Dünya Müharibəsində vuruşmuş Qırmızı Ordu əsgərlərinin məzarları ən çox Ukrayna və Bolqarıstanda təhqir edilir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "RİA Novosti"yə danışıb.
Onun sözlərinə görə, Polşa və Baltikyanı ölkələrdə də Qırmızı Ordu əsgərlərinin məzarları murdarlanır.
“İş o yerə çatıb ki, Ukrayna prezidenti Vladimir Zelenski hətta Qırmızı Ordu əsgərlərinin cəsədlərini eksqumasiya etməyə başlayıb. O, Qırmızı Ordunun tarixini İkinci Dünya Müharibəsi ilə əlaqəli olan hər yerdən tamamilə silməyə çalışır”, - Zaxarova bildirib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi sovet əsgərlərinin qalıqlarının başqa yerlərə daşınmasını rəzillik adlandırıb. O, son onilliklərdə buna bənzər çoxlu misalların olduğunu vurğulayıb.