EN

"Arteta ilə qətiyyən razı deyiləm" - Luis Enrike

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Arsenal"a 2:1 hesabı ilə qalib gələrək (ilk oyun 0:1) finala yüksələn PSJ-nin baş məşqçisi Luis Enrike Parisdəki matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərini "RMC Sport" belə çatdırıb:

"Mikel Arteta bizdən çox üstün oynadıqlarını deyib? O, mənim yaxın dostumdur, amma Arteta ilə qətiyyən razı deyiləm. Məncə, onlar necə planlaşdırmışdılarsa, elə də oynadılar. Biz hər iki oyunda daha çox qol vurduq ki, futbolda vacib olan da budur. Təbii, "Arsenal" yaxşı futbol sərgilədi və biz nəticə uğrunda var gücümüzlə mübarizə aparmalı, sonadək çalışmalı olduq. Bu bizim üçün ən çətin matç idi. Məncə, finala çıxmağı haqq edirdik. Rəqib də güclü komandadır. Biz ilk oyunda üstünlük qazandıq, evdə isə uğurun davamını gətirərək istəyimizə çatdıq".

Xatırladaq ki, "Arsenal"ı məğlub edən PSJ finalda "İnter"lə üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 31-də Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"da keçiriləcək.

Nihat

Chosen
0
fanat.az

1Sources