EN

Putin İlham Əliyevə təbrik məktubu göndərib

Rusiya Prezidenti Vladimir Putin Alman faşizmi üzərində qələbənin 80-ci ildönümü münasibətilə keçmiş sovet respublikalarının liderlərinə təbrik məktubu ünvanlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya, İsrail liderlərinə, həmçinin Gürcüstan və Moldova xalqlarına təbrik məktubu göndərib.

“Rusiya Prezidenti vurğulayıb ki, faşist işğalçılarına qarşı çiyin-çiyinə rəşadətlə vuruşan, o cümlədən arxa cəbhədə fədakarlıqla çalışan o ata və babaların şərəfli şücaət və böyük fədakarlıqlarının xatirəsi müqəddəs şəkildə qorunur”, - deyə məlumatda əlavə olunub.

Məlumata görə, Putin Böyük Vətən Müharibəsi veteranlarına və cəbhə zəhmətkeşlərinə hərarətli təbriklər və səmimi təşəkkür sözləri göndərərək, ümumi tarixi təhrif etmək, nasistlərin və onların əlaltılarının törətdikləri vəhşiliklərə haqq qazandırmaq və ya unutmaq cəhdlərinin qarşısının alınmasının vacibliyini qeyd edib.

 

 

Daşqın HəsənovMissiya.Az

Chosen
0
missiya.az

1Sources