EN

Deputat: “Konstitusiya və suverenlik tariximizdə Heydər Əliyev fenomeni”

AzVision.az Millət vəkilinin çıxışını diqqətinizə təqdim edir.

Düz 30 il qabaq, mayın 2-də bu salonda Heydər Əliyevin sədrliyi altında yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olunarkən torpaqlarımızın bəlli bir hissəsi üzərində suverenliyimiz pozulmuşdu. Amma o, özünə xas uzaqgörənlik və əminliklə deyirdi ki, Konstitusiyamız Azərbaycanın tarixi keçmişi, bugünkü reallıqları ilə yanaşı, gələcək perspektivlərini də özündə əks etdirməlidir. Gələcək perspektivlər deyərkən ələbəttə ilk növbədə bütün torpaqlarımız üzərində suverenliyimizin təminatınınəzərdə tuturdu və Konstitusiyamızın 7.1 maddəsində dövlətimizin unitarlığı elə-belə vurğulanmırdı.

Azərbaycana qarşı hələ də dostluqdan uzaq siyasət yeritməkdə davam edən imperialist çevrələr bu unitarlığı şübhə altına almaq, onu sarsıtmaq üçün elə oyun qalmadı ki, çıxartmasınlar. Bacarmadılar! Əsrin kontraktının, Ulu Öndərin işləyib hazırladığı neft-qaz strategiyasının reallaşdırılmasının qarşısını ala bilmədikləri kimi, arxasında özlərinin dayandıqları işğalı əbədiləşdirmək, haylara Azərbaycan torpağında sözdə ikinci dövlət yaratmaq niyyətləri də baş tutmadı.

Bu gün biz görürük ki, Azərbaycan öz suverenliyini təmin etməklə kifayətlənməyib, regionumuzun beynəlxalq subyektə, türk dünyasının dünyadakı güc mərkəzlərindən birinəçevrilməsi üçün əlindən gələni əsirgəmir.Uzağa getməyək, Gürcüstanın Baş naziri və Prezidentinin ilk rəsmi səfərlərini Bakıya etmələri, Çinlə hərtərəfli strateji tərəfdaşlıq haqda Bəyanatdan dərhal sonra Avropa Komissiyasının vitse-prezidentinin bura təşrif gətirməsi, cənab İlham Əliyevin bu yöndəki səylərinin bəhrə verməyə başladığını Güney Qafqazda bölücü xətlər çəkməyi planlaşdıranların da arzularının ürəklərində qaldığını təsdiqləmirmi?

Burada xatırlatmaq istərdim ki, dövlət başçımız dəfələrlə bütün uğurlarımızın səbəbkarı kimi ilk növbədəməhz Heydər Əliyevi göstərib. Bu sözlərin arxasında öz sələfinə dərin hörmət, oğul sədaqəti, qədrbilənlik və təvazökarlıq nə qədərdirsə, həqiqət payı da bir o qədərdir.Regionumuzun beynəlxalq subyektə çevrilməsi perspektivindən söhbət gedirsə,karbohidrogen daşıyıcılarımızın Gürcüstan üzərindən dünya bazarına çıxarılmasını təmin etmək, qonşu ölkənin dar günlərində əlindən gələn köməyi əsirgəməməklə bunun təməlini Ulu Öndər qoymadımı? Transmilli şirkətləri Xəzər hövzəsinəçəkib gətirməklə Mərkəzi Asiyadakı qardaş dövlətlərin manevr imkanlarını genişləndirərək onların müstəqillik potensiallarının artmasında müstəsna rolu da o, oynamadımı?

Həmin dövlətlərin Səmərqənd sammitində Avropa Birliyi qarşısında üzərlərinə götürdükləri öhdəliyin fonunda cənab İlham Əliyevin Quzey Kiprə verdiyi dəstək, türk dünyasının birliyi,güc mərkəzinə çevrilməsi üçün hər kəsdən daha artıq səy göstərməsi milli liderimizin siyasətinin davamı deyil də bəs nədir? Kiprdəki qardaşlarımızaqarşı soyqırıma son qoyanbaş nazir Ecevitin hələ SSRİ dönəmində Azərbaycana səfərinitəşkil edən, onu, daha sonra Türkiyənin o vaxtkı Prezidenti Sunayı, Xarici İşlər naziri Türkməniöz evinə və müstəqil dövlətəgəlirlərmiş kimi qarşılayan, 1969-cu ildə respublikaya rəhbər təyin olunar-olunmaz bura pənah gətirmiş axıskalıların ali məktəblərə güzəştli qəbulu haqda qərar verən, Bolqarıstan rəhbərliyinin antitürk addımlarını qətiyyətlə pisləyən, Qazaxıstanda Kunanbayevin Kolbinlə əvəzlənməsini düzgün saymadığını Qorbaçovun üzünə deyən Heydər Əliyevin oğulu başqa cür davrana bilərmi?

Milli Liderimiz 1997-ci ildə yazıçılarla görüşdə çox haqlı olaraq deyirdi ki, Kremldə o, fəth edən zirvəni keçmiş Rusiya imperiyasında və SSRİ-də Heydər Əliyevə qədər və sonra heç bir müsəlman, türk fəth edə bilməyib. Bax həminimperiyanın ədalətsizliyinin Qarabağdakı rəmzini silib-süpürən, digər böyükgüclərin də qarşı çıxmasına rəğmən, orada suverenliyimizi və dövlətimizin unitarlığını təmin etməklə Konstitusiyamızın müqqəddəsliyini, imperiyalar quran babalarımızın candan keçilər, törədən keçilməz hökmlərinin bu gün də qüvvəsini itirmədiyini göz önünə sərən, Ulu Öndərin genini daşıyan Liderimiz olmayıb da kim olacaqdı?

Sonda Çində səfərdəykən cənab Prezidentdən “ikitərəfli əlaqələrdə bu qədər dəyişikliklər gördükdən sonra mərhum atanıza nə söyləyərdiniz” soruşularkəno, “Əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi, Azərbaycana və Çin-Azərbaycan münasibətlərinə görə qürur duymuş olardı” cavabını xatırlatmaq istərdim. Həqiqətən də elədir.

Cənab Prezident həmin intervüdə vurğuladı ki, Azərbaycan öz bölgəsində və Avropada bir çox ölkələrlə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalasa da, Çinlə Bəyanat onların ən güclüsüdür.Əksini də demək olar, bəzilərinin coğrafi də digər baxımdan ona daha yaxınlıqlarına baxmayaraq Çin MDB ölkələri içərisində ən yüksək səviyyəli strateji tərəfdaşlıq anlaşmasını məhz Azərbaycanla imzaladı ki, bu da suverenlik faktoru ilə bağlıdır. Söhbət ərazimizdən keçən kommunikasiya xətlərini özümüzün çəkməyimizdən, onlar üzərindəki tam suverenliyimizdən gedir.

Sahib Alıyev, Milli Məclisin üzvü
AzVision.az
Chosen
0
azvision.az

1Sources