EN

İmamoğluna həbsxanada sürpriz ziyarət: Görün nə tələb etdilər

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin heyəti Türkiyəyə səfər çərçivəsində həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunu ziyarət edib.

Publika.az xəbər verir ki, konqres sədri Mark Kulzun rəhbərlik etdiyi nümayəndə heyəti səfərlə bağlı açıqlama verib.

Bildirilib ki, İmamoğlunun sübuta yetirilməmiş iddialarla mühakimə olunmadan həbs edilməsi hüquqi dövlətdə qəbuledilməzdir. Həmçinin onun dərhal azadlığa buraxılması tələb edilib.

Mövcud vəziyyətin İmamoğlunun əsas insan haqlarının pozulması olduğu iddia edilib: "Yerli seçilmiş nümayəndələrin və bələdiyyə işçilərinin həbsi və onların qanuni proses və sübuta əsaslanan məhkəmələr olmadan dəyişdirilməsi təməl demokratik prinsipləri pozur. Xüsusilə bələdiyyə sədrlərinin təyin edilmiş qəyyumlarla dəyişdirilməsinə son qoyulmalıdır. Hamımızın mübarizə apardığımız terror iddiaları bələdiyyə sədrlərinin hökumət tərəfindən təyin olunan idarəçilərlə əvəzlənməsinə heç bir şəkildə haqq qazandıra bilməz”.

Chosen
0
publika.az

1Sources