EN

Əhaliyə CİDDİ XƏBƏRDARLIQ: 24 saat ərzində qırmızı səviyyəli olacaq

Yerə doğru güclü maqnit qasırğası yaxınlaşır. Növbəti 24 saat ərzində Yer kürəsi güclü maqnit fəallığının təsiri altına düşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Space Weather Prediction Center məlumat yayıb.

Mayın 9-u baş verəcək bu təbii hadisə qırmızı təhlükə səviyyəsində qiymətləndirilir. Qasırğanın K-indeksi 5-ə qədər yüksələcək. Mütəxəssislər bildirirlər ki, bu cür maqnit dalğalanmaları xüsusilə meteohəssas insanlar üçün narahatlıq yarada bilər. Təsirlərə baş ağrısı, halsızlıq və narahatlıq hissi daxildir. Bu əlamətlər artıq mayın 8-i axşam saatlarında hiss olunmağa başlaya bilər.

Qasırğa təkcə insan sağlamlığına deyil, həm də texnoloji sistemlərə mənfi təsir göstərə bilər. Radio əlaqələri, peyk sistemləri, mobil rabitə və GPS texnologiyasında qısa fasilələr qeydə alına bilər. Qasırğanın təsirinin mayın 10-u günortadan sonra tədricən azalacağı gözlənilir.

Chosen
0
4
bakivaxti.az

5Sources