EN

Qəzaya düşən İcra Hakimiyyəti əməkdaşları Vardanyanın məhkəməsindən qayıdırlarmış

Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları mayın 6-da Ruben Vardanyanın məhkəməsindən qayıdarkən Hacıqabul rayonu ərazisində qəzaya düşüblər.

Turkustan.az “qafqazinfo.az”a istinadən xəbər verir ki, yağışlı hava şəraitində hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan Tərtər rayon Umudlu kənd ərazi nümayəndəsinin müavini Qurbanzadə Bəhruz Aprel oğlu, Qızıloba kənd ərazi nümayəndəsinin müavini Əliyeva Rübabə Cavanşir qızı, Çaylı kənd ərazi nümayəndəsinin müavini Abdullazadə Anar Allahverən oğlu, həmçinin, Əzimova Zəminə Məhəmməd qızı, Tahirova Kəmalə Sabir qızı, Aslanova Ləman, Ələkbərova Vüsalə və Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşının oğlu Paşayev Ziya Zabil oğlu müxtəlif dərəcəli xəsarət alıb.

Baş vermiş hadisə zamanı xəsarət alan B.Qurbanov, A.Abdulllazadə, K.Tahirova, Z.Əzimova Tərtər Rayon Mərkəzi Xəstəxanasına təxliyə edlib. Digər xəsarət alan Rübabə Əliyevanın vəziyyəti ağır olduğundan Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yüngül xəsarət alan şəxslərə isə yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
0
10
turkustan.az

10Sources