EN

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində naməlum ballistik raket buraxıb.

Ölkə.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi Baş Qərargah Rəislərinin Birləşmiş Komandanlığına istinadla məlumat yayıb.

“Şimali Koreya Yapon dənizi istiqamətində naməlum ballistik raket buraxıb”, – deyə agentlik xəbər verir.

Daha sonra Cənubi Koreya Baş Qərargah Rəislərinin Komandanlığı bildirib ki, ehtimala görə, KXDR bir neçə qısa mənzilli ballistik raket buraxıb. "NHK" telekanalının məlumatına əsasən, raketlər Yaponiyanın xüsusi iqtisadi zonasından kənara düşüb.

Həmidə İbrahimova

Chosen
0
olke.az

1Sources