EN

KİV: ABŞ çip ixracı qaydalarına yenidən baxır

KİV: ABŞ çip ixracı qaydalarına yenidən baxır

ABŞ prezidenti Donald Trampın administrasiyası süni intellekt (AI) texnologiyaları üçün yerli istehsal çiplərinin ixracına dair ABŞ-ın əvvəlki lideri Co Bayden dövründə qəbul edilmiş qaydadan imtina etməyi planlaşdırır. AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.Bildirilir ki, ixraca nəzarət qaydalarına yenidən baxılması Trampın Yaxın Şərqə səfərinə hazırlıqla eyni vaxta düşüb. Bölgənin bəzi ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri əvvəllər Amerika firmalarından süni intellekt çiplərinin alınmasına qoyulan məhdudiyyətlərdən narazı olduqlarını bildiriblər. Agentlik yazır ki, indi onlar Vaşinqtonla yeni, daha əlverişli təchizat şərtləri barədə razılaşmaq imkanı əldə edəcəklər.Buna görə, Bayden dövründə Amerika çiplərini idxal edən ölkələri məhdudiyyətlərin səviyyəsinə görə üç kateqoriyaya bölmək qərarı, yəqin ki, əvvəllər gözlənildiyi kimi, mayın 15-də qüvvəyə minməyəcək. Rusiya, İran, Çin və bir sıra digər ölkələr Bayden tərəfindən maksimum qadağalara məruz qalan ölkələrin üçüncü kateqoriyasına daxil edilib. "Bloomberg"in məlumatına görə, Tramp administrasiyası kateqoriyaları aradan qaldıracaq və Malayziya, Tailand kimi Amerika çiplərini Çinə göndərən ölkələrə xüsusi ixrac məhdudiyyətləri qoyacaq yeni qayda üzərində fəal şəkildə işləyir.Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosunun sözçüsü nəşrə bildirib ki, Baydenin süni intellekt (çip təchizatı) qaydası həddən artıq mürəkkəbdir, həddən artıq bürokratikdir və Amerika innovasiyalarına mane olacaq. "Biz onu ABŞ-ın süni intellektdə üstünlüyünü təmin edəcək daha sadə bir qayda ilə əvəz edəcəyik" - deyə sözçü qeyd edib.

Chosen
0
afn.az

1Sources