EN

AFFA bir məşqçini 5, iki futbolçunu 4 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 24-cü turunun oyunları ilə bağlı qərarlar qəbul olunub.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“Şəfa” – “Şahdağ Qusar” oyununda “Şəfa”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Oyunun ilk hissəsi, ikinci hissəsi bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəfa” klubu 80 manat cərimə edilib. “Şəfa”nın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 150 manat cərimə edilib. “Şahdağ Qusar”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə Qusar komandası 80 manat cərimə edilib. “Şahdağ Qusar”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Qusar komandası 150 manat cərimə edilib. “Şahdağ Qusar”ın azarkeşləri tərəfindən stadiona vurulmuş zərər Qusar komandası tərəfindən ödəniləcək.

“Şəmkir” – “Füzuli” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəmkir” klubu 80 manat cərimə edilib. “Füzuli” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

“Kür-Araz” – “Hypers Quba” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib. Oyunun 80-ci dəqiqəsində “Kür-Araz”ın futbolçusu Nihat Paşayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Kür-Araz” buna görə 50 manat cərimə edilib. “Hypers Quba”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün Quba komandası 70 manat cərimə edilib. Oyunun 67-ci dəqiqəsində “Hypers Quba”nın futbolçusu İbrahim Nağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Hypers Quba” buna görə 300 manat cərimə edilib.

“Dinamo” – “Göygöl” oyununda “Dinamo”nun 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. “Göygöl”ün 4 futbolçusu sarı vərəqə adığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

AFFA-dan məşqçiyə 5 oyunluq cəza

AFFA İntizam Komitəsi bu qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarla da bağlı bəzi qərarlar qəbul edib:

U-15 Qızlar liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “Şəfa” FK – “Ümid” (Gəncə) oyununun 36-cı dəqiqəsində “Ümid”in köməkçi məşqçisi Hürzad İsmayılova rəqib komandanın oyunçusunu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb. “Şəfa”nın futbolçusu Ebru Əmirova rəqib komandanın rəsmi şəxsini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Chosen
0
1
arena.az

8Sources