Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Data Jurnalistikası” mövzusunda təlimlər keçirilib.
Sherg.az xəbər verir ki, 2 qrup şəklində təşkil olunan 2 günlük təlimlər 5-6 may və 7-8 may tarixlərində baş tutub.
Təlimdə çıxış edən Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova “Yerli baxışdan dataya əsaslanan jurnalistika” mövzusunda təqdimatla çıxış edərək data əsaslı xəbər istehsalının əhəmiyyəti və tətbiqi imkanları barəsində danışıb.
Virginia Birləşmiş Universitetinin fəxri dosenti, 20 ildən çox xəbər agentliklərində müxbir və redaktor kimi çalışmış Cef Sauzun keçirdiyi təlim sessiyasında data jurnalistikası və onun vizuallaşdırılması, dron videoqrafiyası və digər rəqəmsal bacarıqlar üzrə media nümayəndələrinə ətraflı məlumat verib.
Jurnalistlər praktiki işlərə cəlb edilərək 2 günlük təlimlərdə baza biliklərə yiyələniblər.