EN

Şanlı Zəfərimizə aparan yol Ümummilli lider Heydər Əliyevin dövlətçilik strategiyasının tətbiqindən başlayıb – Rizvan Nəbiyev

Bakı. Trend:

2020-ci il Vətən müharibəsindəki Şanlı Zəfərimizə aparan yolÜmummilli lider Heydər Əliyevin uzaqgörən idarəçiliyi vədövlətçilik strategiyasının tətbiqindən başlayıb.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin“Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Ümummilli LiderHeydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.

“Ulu öndər Heydər Əliyevin düşünülmüş strategiyası sayəsindəneft, qaz və onların ixrac marşrutlarına dair sazişlər Bakı iləyanaşı, Kremldə, Ağ evdə, Yelisey sarayında, Donunq Stritdəimzalandı, bu siyasi ofislərin bəzilərinin tarixində ilk dəfə idiki, bu tipli kommersiya xarakterli sazişlər imzalanırdı. Beləliklə,neft müqavilələri həmçinin Azərbaycanın dünya miqyasındatanınmasına, beynəlxalq arenada siyasi-diplomatik münasibətləryaratmasına təkan verdi”, - deyə o bildirib.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin hərbi vəsiyasi-diplomatik strategiyası sayəsində Şanlı Zəfərimizdən sonraregionda beynəlxalq hüquqa əsaslnan yeni siyasi reallıqlaryaranıb.

“Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) ən alivəzifəsi sayılan, beynəlxalq sülhün və təhlükəsizliyin təmininəciddi töhfə verdi, beynəlxalq hüququn hamılıqla tanınan, amma uzunillər pozulmuş prinsiplərini də öz resursları hesabına təmin etdi.Prezident İlham Əliyevin rəhbərliyi altında qlobal arenadapraqmatik, müstəqil və prinsipial xarici siyasət həyata keçirənAzərbaycan etibarlı tərəfdaş kimi kimi qəbul edilir. Vətənmüharibəsindən sonra da Azərbaycan hərbi-sənaye kompleksinimüasirləşdirir, Azərbaycan hərbi-texniki məhsullarımızın ixraccoğrafiyasını genişləndirməklə də yeni tərəfdaş dövlətlər qazanır”,- deyə R.Nəbiyev qeyd edib.

Məqalədə:
Chosen
0
az.trend.az

1Sources