EN

Ermənistan ordusu və polisində xidmətə qəbul üçün yaş həddi məhdudiyyətinin ləğv edilməsi planlaşdırılır

Ermənistan ordusu və polisində xidmətə qəbul üçün tətbiq edilən 35 yaş həddinin ləğv edilməsi nəzərdə tutulur və bu məsələ hökumətin iclasında müzakirə edilib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, xüsusilə hüquq-mühafizə orqanlarında məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutan "Polisdə xidmət haqqında" qanuna dəyişikliklər layihəsi təsdiqlənib.

İclasda daxili işlər naziri Arpine Sarkisyan bildirib ki, bələdiyyə polisində təxminən 700 kadra ehtiyac var. Bununla əlaqədar nazirlik polisdə xidmət təcrübəsinə malik olan və olmayan şəxslərin qəbulunu elan etməyi təklif edir.

Onun sözlərinə görə, əgər namizəd xidmət standartlarına uyğun olarsa, o, polis akademiyasında təlim kursu keçməlidir. Bundan sonra o, 6 ay əvəzinə 2 ay sonra attestasiya üçün müraciət edə biləcək.

Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrdə müqavilə əsasında xidmətə qəbul üçün də məhdudiyyətin aradan qaldırılmasını, eləcə də pensiya yaşına çatdıqdan sonra mütəxəssislərin güc strukturlarında saxlanılması imkanının nəzərdən keçirilməsini təklif edib.

Chosen
0
report.az

1Sources