EN

Rus polkovnik həyəcandan qorxaraq özünü güllələdi

Sevastopolda Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin hərbi həkim komissiyasının rəhbəri, daxili xidmət polkovniki Sergey Tokarev təsadüfən özünü güllələyib.

Herbiand.az bildirir ki, bu barədə “Astra” məlumatlı mənbələrə istinadən məlumat verib.

Qeyd edilib ki, qəribə təsadüfi intihar hadisəsi mayın 2-nə keçən gecə, Sevastopolun PUA-la kütləvi hücumuna məruz qaldığı vaxt baş verib.

İddialara görə, Tokarev mayın 1-dən 2-nə keçən gecə şəhərdə səslənən hava hücumu siqnalından qorxub və özünün travmatik tapançası ilə silahlanıb. Sonra o silahla evinin həyətinə çıxıb və atəş açmağa başlayıb. Qohumları onu sakitləşdirməyə çalışsalar da, başına atəş açıb.

Təcili yardım maşını gəlsə də, polkovnikə kömək etmək mümkün olmayıb.

Bəxtiyar CƏFƏRLİ

Chosen
0
herbiand.az

1Sources