EN

İbrahim "Hypers Quba"nı ziyana saldı, özü ağır cəza aldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda 2-ci liqanın 24-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

"Kür-Araz”la oyunun 67-ci dəqiqəsində “Hypers Quba”nın futbolçusu İbrahim Nağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib.

1Sources