EN

"Səsinizi kəsib oturun, məni əsəbiləşdirməyin!"

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə əsəblərini cilovlaya bilməyib. 

Ermənistan parlamentdəki hökumət saatı zamanı Paşinyan yenidən qalmaqalın mərkəzində olub. Müxalifət tərəfindən ölkədə korrupsiyanın miqyası barəsində verilən sual onu özündən çıxarıb.

Ermənistan hökumətinin başçısının reaksiyası kəskin olub. O, yerindən qalxın, səsini yüksəldərək cavab verib: "Səsinizi kəsin, oturun, məni əsəbiləşdirməyin!"

İnsident hakimiyyətlə müxalifət nümayəndələri arasında çığır-bağıra, qovğaya səbəb olub. Bundan sonra iclas müvəqqəti olaraq dayandırılıb.

Hürr Tərcüman

Chosen
0
hurriyyet.az

1Sources