Hazırda Azərbaycanda 4 100 nəfər talassemiya daşıyıcısıdır.
Bunu "Report"a açıqlamasında Talassemiya Mərkəzinin Baş həkimi Səhər İsmayılova deyib.
Onun sözlərinə görə, 3 200 nəfər isə rəsmi qeydiyyatdadır.
S.İsmayılova əlavə edib ki, bu xəstəlikdə cins nisbəti bərabərdir, yaş aralığı isə xəstəliyin növünə görə dəyişə bilir:
"2015-ci ildən ölkədə nikaha daxil olan cütlüklərdən bu xəstəliyin analizləri tələb olunur. Elə bu müayinələr nəticəsində bəlli olub ki, əhalinin 4 faizi daşıyıcıdır".