EN

NATO generalı etdiyi zarafata görə İŞDƏN ÇIXARILDI – FOTO

Ukraynaya hərbi yardım missiyasında olan NATO generalı Almaniyada zorlama zarafatına görə işdən çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Nəşrin məlumatına görə, general Hartmut Renk görüş zamanı deyib: “Əgər zorlama qaçılmazdırsa, rahatlayın və həzz alın”.

Bu ifadəni eşidən ingilis zabiti dərhal alman generalından komandanlığa şikayət edib.

Renk bunu dediyini təsdiqləyir, lakin “ciddi bir şey nəzərdə tutmadığını” və sadəcə “NATO əsgərlərini motivasiya etmək istədiyini” deyib.

Komandanlıq generala qarşı intizam işi açıb və mayın 1-də Almaniyanın müdafiə naziri Boris Pistorius onun işdən çıxarılması ilə bağlı əmr imzalayıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
0
1
interpress.az

2Sources