Venesuelanın BRİKS-ə üzv olmaq planları var.
Publika.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri deyib.
Mayın 7-də Rusiya prezidenti Vladimir Putin və onun Venesuelalı həmkarı Nikolas Maduro strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıblar. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, saziş uzunmüddətli perspektivə hesablanıb və bütün əsas mövzuları əhatə edir.
Maduro və Venesuela Nazirlər Kabinetinin üzvlərinin və yüksək rütbəli hərbçilərin daxil olduğu nümayəndə heyəti mayın 7-də Rusiyaya gəlib. O, Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak edəcək.
Qeyd edək ki, BRICS-in üzvləri Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrika Respublikası, 2024-cü ildən isə Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanıdır.