EN

TAİB nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

 Türk Ağsaqqalları İctimai Birliyi - TAİB-in nümayəndələri hər il olduğu kimi, bu il də müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum günü ərəfəsində onun məzarını ziyarət ediblər.

Missiya.Az xəbər verir ki, ziyarətdə TAİB rəhbərliyi, təşkilatın Qadınlar Şurasının və Gənclər Təşkilatının təmsilçiləri iştirak edib. Birliyin nümayəndələri dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Türk Ağsaqqalları İctimai Birliyi-TAİB-in sədri, akademik Sudeyif İmamverdiyev bildirib ki, Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ölkəmizdə və xarici ölkələrdə qeyd olunur:

“Azərbaycanın inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır. Hər zaman azərbaycanlı olması ilə fəxr edən, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətləri olub. Xalqının rifahını düşünərək, yorulmaz fəaliyyət göstərən bu dahi lider qəlblərdə daimi sevgi, yaddaşlarda isə əbədiyaşarlıq qazanıb.

Nurlana ƏhmədovaMissiya.Az

Chosen
0
missiya.az

1Sources