EN

"Son dövrün ən böyük hava döyüşü" - CNN Hindistan-Pakistan savaşı ilə bağlı faktları işıqlandırıb

Hurriyyet.az xəbər verir ki, Hindistan ilə Pakistan arasında müasir tarixin ən böyük hava döyüşü olub.

Bu barədə CNN kanalı mənbələrə istinadla məlumat verib. Mayın 7-nə keçən gecə eyni vaxtda azı 125 ədəd qırıcı havaya qalxıb və tərəflərdən heç biri öz hava məkanını tərk etməyib. Xəbərdə deyilir: "Bu aviasiyanın ən yeni tarixində ən irimiqyaslı və uzunmüddətli döyüş oldu".

Telekanal qeyd edir ki, Pakistanın Silahlı Qüvvələrindəki mənbələr Hindistana hücum zamanı Hindistan Hərbi Hava qüvvələrinin 5 qırıcısını və 1 ədəd PUA vurduqlarını bəyan ediblər.

CNN kanalına məlumat verən mənbələrin sözlərinə görə, raket zərbələri "bəzən 160 km məsafədən endirilib".

Pakistanın təhlükəsizlik qüvvələrindəki mənbə həmin hava döyüşünün "ən yeni aviasiya tarixində ən irimiqyaslı və davamlı döyüşlərdən biri" olduğunu söyləyib.

Mayın 7-nə keçən gecə Hindistan ordusu Pakistanın Kəşmir vilayəti də daxil olmaqla, ölkənin ərazisindəki 10 hədəfə zərbələr endirməklə "Sindur" əməliyyatına başlayıb.

Pakistanın müdafiə naziri Havaca Asif zərbələrin sırf mülki obyektləri hədəfə aldığını bəyan edib. Hücum zamanı bir sıra məscidlər vurulub.

Havaca Asif Nyu-Dehlinin hücumu dayandıracağı təqdirdə, Pakistanın da dayanacağını bəyan edib.

Hürr Tərcüman

Chosen
0
hurriyyet.az

1Sources