EN

AFFA II Liqa klublarını cəzalandırıb

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul olunub.

04.05.2025-ci il tarixində II Liqada XXIV turun “Şəfa” – “Şahdağ Qusar” oyununda “Şəfa” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” klubu 70 manat cərimə edilsin (maddə 37);

04.05.2025-ci il tarixində II Liqada XXIV turun “Şəfa” – “Şahdağ Qusar” oyununun ilk hissəsi, ikinci hissəsi bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəfa” klubu 80 manat cərimə edilsin (maddə 51.2);

 

04.05.2025-ci il tarixində II Liqada XXIV turun “Şəfa” – “Şahdağ Qusar” oyununda “Şəfa” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəfa” klubu 150 manat cərimə edilsin (maddə 52.2);

 

04.05.2025-ci il tarixində II Liqada XXIV turun “Şəfa” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Şahdağ Qusar” komandası 80 manat cərimə edilsin (maddə 52.1);

 

04.05.2025-ci il tarixində II Liqada XXIV turun “Şəfa” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şahdağ Qusar” komandası 150 manat cərimə edilsin (maddə 52.2);

 

04.05.2025-ci il tarixində II Liqada XXIV turun “Şəfa” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının azarkeşləri tərəfindən stadiona vurulmuş zərər “Şahdağ Qusar” komandası tərəfindən ödənilsin (maddə 54);

 

06.05.2025-ci il tarixində II Liqada XXIV turun “Şəmkir” – “Füzuli” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəmkir” klubu 80 manat cərimə edilsin (maddə 51.2);

 

06.05.2025-ci il tarixində II Liqada XXIV turun “Şəmkir” – “Füzuli” oyununda “Füzuli” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Füzuli” komandası 100 manat cərimə edilsin (maddə 91);

 

07.05.2025-ci il tarixində II Liqada XXIV turun “Kür-Araz” – “Hypers Guba” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Kür-Araz” komandası 100 manat cərimə edilsin (maddə 91);

 

07.05.2025-ci il tarixində II Liqada XXIV turun “Kür-Araz” – “Hypers Guba” oyununun 80-ci dəqiqəsində “Kür-Araz” komandasının 4 nömrəli futbolçusu Nihat Paşayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Kür-Araz” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

 

07.05.2025-ci il tarixində II Liqada XXIV turun “Kür-Araz” – “Hypers Guba” oyununda “Hypers Guba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Hypers Guba” komandası 70 manat cərimə edilsin (maddə 37);

 

07.05.2025-ci il tarixində II Liqada XXIV turun “Kür-Araz” – “Hypers Guba” oyununun 67-ci dəqiqəsində “Hypers Guba” komandasının 8 nömrəli futbolçusu İbrahim Nağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Hypers Guba” komandası 300 manat cərimə edilsin (madd 40.3);

 

07.05.2025-ci il tarixində II Liqada XXIV turun “Dinamo” – “Göygöl” oyununda “Dinamo” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Dinamo” komandası 70 manat cərimə edilsin (maddə 37);

 

07.05.2025-ci il tarixində II Liqada XXIV turun “Dinamo” – “Göygöl” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə adığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 37);

 

04.05.2025 tarixində AFFA U-15 Qızlar liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “Şəfa” FK – “Ümid” (Gəncə) oyununun 35-ci dəqiqəsində “Ümid” (Gəncə) komandasının baş məşqçisi Emin Həsənov hakimin qərarına etiraz etdiyinə görə 2-ci sarı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 42.4);

 

04.05.2025 tarixində AFFA U-15 Qızlar liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “Şəfa” FK – “Ümid” (Gəncə) oyununun 36-ci dəqiqəsində “Ümid” (Gəncə) komandasının köməkçi məşqçisi Hürzad İsmayilova rəqib komandanın oyunçusunu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 5 oyun cəzalansın (maddə 43.4);

 

04.05.2025 tarixində AFFA U-15 Qızlar liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “Şəfa” FK – “Ümid” (Gəncə) oyununun 36-ci dəqiqəsində “Şəfa” FK komandasının 11 nömrəli futbolçusu Ebru Əmirova rəqib komandanın rəsmi şəxsini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 43.3).

II Liqa: XXIV tura yekun vurulub

Slavik Alxasov: “İkinci dövrəyə stabil start verə bilmədik”

Minifutbol turnirinin püşkü atılıb - FOTO

"Turan Tovuz" - "Neftçi" matçının biletləri satışa çıxarılıb

Futbolçuların əlləri niyə sarğılı olur? - SƏBƏB

Chosen
0
1
apasport.az

8Sources