EN

Məşhur müğənni xərçəng olduğunu AÇIQLADI

3 Doors Down qrupunun solisti Bred Arnold 46 yaşında 4-cü mərhələdə xərçəng diaqnozu qoyulub.

News24.az xəbər verir ki, "Here Without You" mahnısı ilə tanınan Arnold ötən gün paylaşdığı videoda böyrək xərçəngi (Clear cell renal cell carcinoma) olduğunu və xəstəliyin ağciyərlərinə keçdiyini açıqlayıb. 

Sona qədər mübarizə aparacağını bildirən məşhur musiqiçi “Mənim vaxtım hələ gəlməyib” deyib.

Bu yay turnesini ləğv etmək məcburiyyətində qaldığı üçün peşman olduğunu dilə gətirən 46 yaşlı ulduz pərəstişkarlarından dua gözlədiyini bildirib.

Qeyd edək ki, qrupun turnesi mayın 15-də Florida ştatının Daytona Beach şəhərində başlamalı idi.

Günel Məlikzadə


Chosen
0
news24.az

1Sources