Dünyanın ən böyük avtomobil istehsalçısı olan Yaponiyanın "Toyota Motor" şirkətinin mənfəəti azalıb.
Valyuta.az xəbər verir ki, şirkət növbəti maliyyə ili üçün xalis mənfəət proqnozunu da 35 faiz az olub.
31 martda başa çatan maliyyə ilində "Toyota"nın xalis mənfəəti 3,6 faiz azalaraq 4,77 trilyon yen (33,1 milyard ABŞ dolları) təşkil edib. 2025-2026-cı maliyyə ili üçün xalis mənfəət proqnozu isə 34,9 faiz azalaraq 3,10 trilyon yenə (21,6 milyard dollar) düşüb.
2024-2025-ci maliyyə ilində əməliyyat mənfəəti 10,4 faiz azalaraq 4,80 trilyon yen, vergi öncəsi mənfəət isə 7,9 faiz azalaraq 6,41 trilyon yen olub.
2025-2026-cı maliyyə ili üçün isə əməliyyat mənfəətinin 21 faiz azalaraq 3,8 trilyon yen olacağı gözlənilir.
2024-2025-ci maliyyə ilində gəlirlər 6,5 faiz artaraq 48,04 trilyon yenə yüksəlib. 2026-cı il üçün isə 48,50 trilyon yen gəlir proqnozlaşdırılır.
Paşa Məmmədli