EN

Tramp ölkənin ilk böyük ticarət sazişini kiminlə imzalayacaq?

ABŞ Prezidenti Donald Tramp ölkənin Böyük Britaniya ilə ticarət sazişi imzalamaq planları barədə bəyanat verə bilər.
 
Bu barədə "New York Times" nəşri vəziyyətə yaxın üç mənbəyə istinadən yazıb.
 
Gözlənilir ki, Tramp Böyük Britaniya ilə ticarət sazişini mayın 8-də elan edəcək.
 
Bundan əvvəl isə ABŞ lideri bildirmişdi ki, həmin gün Vaşinqtonun ilk böyük razılaşması ilə bağlı böyük mətbuat konfransı keçiriləcək. Lakin o, sazişin kiminlə bağlanacağını açıqlamamışdı.
Chosen
0
moderator.az

1Sources