Pakistanın Pəncab əyalətinin paytaxtı Lahor şəhərində ardıcıl partlayış səsləri eşidilib.
Bu barədə "Samaa" telekanalı məlumat yayıb.
İlkin məlumatda qeyd olunur ki, partlayışlar Hindistana məxsus PUA-nın Pakistan ordusu tərəfindən zərərsizləşdirilməsi nəticəsində meydana gəlib.
Partlayışın baş verdiyi yerə xilasedicilər və polis qüvvələri cəlb edilib. Hələlik insidentin digər təfərrüatı açıqlanmır.