UEFA Çempionlar Liqasının "İnter"lə "Barselona" arasında keçirilən yarımfinal mərhələsinin cavab matçı (4:3) zamanı azarkeşlərdən biri infarkt keçirib.
Sitat.info xəbər verir ki, hadisə görüşün bitməsinə 15 dəqiqə qalmış baş verib.
Təxminən 40 yaşlarında olan şəxs stadiondan çıxarkən huşunu itirib. Həkimlər dörd defibrilator şoku və kardiopulmoner reanimasiya tətbiq etdikdən sonra onun ürək ritmi bərpa olunub və xəstəxanaya aparılıb.
Həkimlər infarkt keçirən şəxsdə aşkar risk faktorları olmadığını, bunun ağır emosional stressdən qaynaqla biləcəyini açıqlayıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının finalında "İnter" PSJ ilə üz-üzə gələcək. Qarşılaşma mayın 31-də Almaniyanın Münhen şəhərində baş tutacaq.