EN

BDYPİ: Yaşayış məntəqələri olan məkanlarda sakitlik və təhlükəsizlik təmin edilməlidir

Bakı, 8 may, AZƏRTAC

Nəqliyyat vasitəsinin yaşayış məntəqəsində idarə edilməsi zamanı mühərrikin əsassız şəkildə yüksək dövriyyədə işlədilməsi və ya avtomobildə yüksək səslə musiqi dinlənilməsi cəmiyyətin qəbul etdiyi davranış qaydaları ilə uzlaşmır və ətraf mühitin ahənginə ciddi şəkildə mənfi təsir göstərir. Ona görə də yaşayış məntəqələri olan məkanlarda sakitlik və təhlükəsizlik təmin edilməlidir

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı açıqlamada deyilir.

“Unudulmamalıdır ki, həmin ərazilər yalnız nəqliyyatın hərəkəti üçün deyil, məhz insanların gündəlik fəaliyyəti və istirahəti üçün nəzərdə tutulmuş məkanlardır. Burada körpələr yatır, yaşlı insanlar dincəlir, ailələr sakitlik axtarır.

Səssiz və intizamlı hərəkət – sosial məsuliyyətin təzahürüdür. Hər bir sürücüdən gözlənilən təkcə yol hərəkəti qaydalarına deyil, həm də ictimai davranış normalarına riayət etməkdir”, - deyə BDYPİ-dən bildirilib.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri bir daha ətraf mühitin səssizliyinə hörmətlə yanaşmağa, ictimai rahatlığı nəzərə almağa çağırır.

Chosen
0
6
azertag.az

9Sources