“AP-nin üzvləri Türkiyədə demokratik standartların davam edən pisləşməsindən və tənqidi səslərin amansızcasına yatırılmasından dərin narahatdırlar. Onlar son dinc kütləvi etirazlara qarşı sərt hərəkətləri və hər hansı cinayət əməli sübutu olmadan tələsik kütləvi məhkəmələr vasitəsilə yüzlərlə etirazçının təqib edilməsini pisləyirlər”,- AP-nin plenar iclasında keçirilən debatların yekunlarına dair kommünikesində bildirilir.
Hesabata görə, Türkiyə hökuməti Avropa İttifaqına (Aİ)üzvlük prosesində zəruri olan“fundamental demokratik çatışmazlıqları aradan qaldıra bilməyib”və hakimiyyət“ölkəni tam avtoritar modelə doğru daha da irəli aparır”.
Sənəddə deyilir ki, Aİ-yə üzvlük demokratiya, qanunun aliliyi, insan haqları, azlıqlara hörmət və müdafiə, mehriban qonşuluq münasibətləri, beynəlxalq hüquqa hörmət və Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinə riayət olunmasını təmin edən sabit institutlar kimi müəyyən üzvlük meyarlarına cavab verməklə şərtləndirilir.
- Bunlar mütləq meyarlardır. Aİ-yə üzvlük meyarları müzakirə olunmur”, - avroparlamentarilər iddia ediblər.
![]() |
Ermənistan parlamenti Aİ-yə üzvlüyü dəstəklədi |
Maraqlıdır ki, Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı açıq-aşkar ərazi iddiaları yer alan, Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük təhdid yaradan “demokratik” Ermənistanın Aİ-yə qəbul edilməsi ilə bağlı AP də daxil olmaqla, bütün Avropa qurumları dəridən-qabıqdan çıxırlar. Bu baxımdan, böyük əksəriyyəti korrupsiyaya qurşanmış avropalı bürokratların avroparlamentarilərin Türkiyə ilə bağlı qəbul etdiyi qərarların qərəzli xarakter daşıması heç də təəccüblü deyil.
Xatırladaq ki, 1999-cu ilin dekabrında Avropa Şurası (AŞ) Türkiyəni Aİ üzvlüyünə namizəd ölkə kimi tanıyıb. 2005-ci ilin oktyabrında TürkiyəninAİ-yə daxil olması ilə bağlı danışıqlara başlanılıb. 2018-ci ildə AŞ bu danışıqların dayandırıldığını bəyan edib. Buna səbəb kimim danışıqların faktiki olaraq dalana dirəndiyi göstərilib.
Sahil İsgəndərov
AzVision.az