Bu ilin yanvar-mart aylarında Azərbaycanın Kanada ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 47,2 dəfə artaraq 138,4 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Kanadaya ixrac: 6,1 milyon dollar (+19 dəfə)
Kanadadan Azərbaycana idxal: 132,2 milyon dollar (+50,7 dəfə)
Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Kanada ilə ticarətin payı 1,14 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi