Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, cavab qarşılaşmalarının hər ikisinə eyni saatda start veriləcək.
İspaniyanın “Betis” komandası səfərdə İtaliya təmsilçisi “Fiorentina”nın qonağı olacaq. Bu komandaların ilk oyununda “Betis” qələbə qazanıb.
İngiltərə nəhəngi “Çelsi” isə səfərdə 4:1 hesabı ilə məğlub etdiyi “Yurqorden”lə bu dəfə evdə üz-üzə gələcək. İsveç təmsilçisinin “zadəganlar”la səfər matçında sürprizə imza atması şansları yüksək qiymətləndirilmir.
Qeyd edək ki, Avropa Konfrans Liqasında cari mövsümün final matçı mayın 28-də Polşanın Vrotslav şəhərində keçiriləcək. Turnirin son qalibi Yunanıstanın “Olimpiakos” klubu olub.
Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları
8 may
23:00. “Fiorentina” (İtaliya) – “Betis” (İspaniya)
İlk oyun – 1:2.
23:00. “Çelsi” (İngiltərə) – “Yurqorden” (İsveç)
İlk oyun – 4:1.