EN

Ötən gün bank kartlarından 36 min manat oğurlanıb

“Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Mayın 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 12082, 5000, 4010, 2800, 2800, 1980, 1182, 1041, 1014, 999, 900, 730, 560, 250, 140, 135, 112, 110, 100, 50, 40, 8 manat pul vəsaitləri bank kartlarından oğurlanıb”.

Demokrat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.

Chosen
0
38
demokrat.az

10Sources