BAKI, 8 may. TELEQRAF
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın ixrac etdiyi aqrar məhsullar 14% artaraq 232,7 milyon ABŞ dolları olub.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın may sayında bildirilir.
İcmala əsasən aqrar-sənaye məhsulları isə 7,9% artaraq 90,8 milyon ABŞ dollarına bərabər olub: “Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 12,2% artaraq 323,57 milyon ABŞ dolları təşkil edib”.