İranın şimalındakı Semnan əyalətinin Zeman Abad şəhərində 5 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi məlumat yayıb.
Zəlzələ 9 kilometr dərinlikdə baş verib. Tələfat olub-olmaması ilə bağlı hələlik açıqlama verilməyib.