EN

Pakistan: Hindistanın 12 PUA-nı məhv etdik

Pakistanın Samaa TV telekanalının yerli polis mənbələrinə istinadən verdiyi məlumata görə, Qopal Naqar və Nəsirabad rayonları arasından keçən Walton prospektində köhnə hava limanı və hərbi obyektlərin yaxınlığında pilotsuz təyyarə vurulub.

Turkustan.az xəbər verir ki, polis mənbələri 1,5-2 metr uzunluğundakı dronun Hindistan sərhədindən idarə edildiyini bildirib.

Pilotsuz təyyarənin siqnal tıxanmalarından istifadə edilərək vurulduğu, ərazidə çoxlu sayda partlayış və siren səslərinin eşidildiyi bildirilib.

Bildirilib ki, yerli sakinlər təşviş içində evlərini tərk edib, əraziyə polis və xilasetmə qrupları göndərilib.

Pakistan Ordusunun sözçüsü Samaa TV-nin xəbərindən sonra açıqlama verib; Onların müxtəlif yerlərdə, o cümlədən Kəraçi yaxınlığında 12 Hindistan pilotsuz təyyarəsini vurduqları açıqlanıb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
0
turkustan.az

1Sources