EN

Ukrayna tərəfi Putin-Netanyahu danışığından məyus olub

Rusiya Prezidenti Vladimir Putinin İsrail Baş naziri Benyamin Netanyahu ilə bir il yarımdan sonra baş tutan söhbəti Ukrayna rəhbərliyində böyük məyusluq yaratdığını bildirib.

Modern.az xəbər verir ki, bu barədə xarici media yazıb.

İsrailin “Maariv” nəşrinin məlumatına görə, Netanyahu və Putin bu dəfə dost kimi ünsiyyət qurublar. Söhbətlə bağlı Kreml və İsrail Baş Naziri ofisinin yaydığı rəsmi açıqlamalar belə təəssürat yaradır.

Məlumata görə, "...iki lider İkinci Dünya Müharibəsində faşist Almaniyası üzərində qələbənin 80-ci ildönümü münasibətilə səmimi söhbət ediblər və hətta Netanyahu Putinə İsrailin Qırmızı Meydandakı parada veteranlardan ibarət nümayəndə heyətini göndərdiyini bildirib. Baş nazir həmçinin qaçırılan İsrail vətəndaşı Saşanovun azad edilməsində göstərdiyi köməyə görə Rusiya prezidentinə təşəkkür edib".

Ukrayna tərəfi Netanyahu ilə Putinin söhbətindən sonra məyus olduğunu bildirib. Kiyevdə hesab edirlər ki, bu, HƏMAS-ın saxladığı israilli girovların azad edilməsinə töhfə verəcək birdəfəlik təmas deyil, daha çox Qüds və Moskva arasında münasibətlərin yeni istiləşməsidir.

Chosen
0
modern.az

1Sources