Finss.az - TID Consulting şirkəti Mühasib vəzifəsi üzrə işə qəbul elan edir.
Əgər mühasibatlıq sahəsində təcrübəniz varsa və göstərilən tələblərə uyğun gəlirsinizsə, bu iş təklifi sizin üçün ola bilər.
İş barədə məlumat:
-
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
-
Vergi, DSMF, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi
-
Elektron Qaimə Faktura, Hesab Fakturalarının işlənməsi
-
Müqavilələrin, protokolların və ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
-
Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
-
Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsi
Namizədə tələblər:
-
Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
-
Göstərilən sahə üzrə minimum 3 il iş təcrübəsi
-
MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı
-
Vergi Məcəlləsini bilməli
-
Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
-
Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
-
Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
-
Azərbaycan dili biliyi (rus dili arzuolunandır)
-
Ünsiyyət qura bilmə bacarığı
Əmək haqqı namizəddən asılı olaraq müəyyən ediləcəkdir.
Maraqlanan şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərin CV göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 08 iyun 2025