EN

Ərdoğan İraqın Baş naziri ilə regionu müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İraqın Baş naziri Məhəmməd Şiə Sudani ilə görüşəcək.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı həmsöhbətlər Türkiyə-İraq münasibətləri ilə yanaşı, aktual regional və qlobal hadisələri müzakirə edəcək.

Türkiyə-İraq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının da keçiriləcəyini açıqlayan Altun, səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanmasının nəzərdə tutulduğunu bildirib.

"Sudaninin səfəri ilə köklü Türkiyə-İraq əlaqələrinin bir çox sahədə daha da güclənəcəyinə inanırıq", - deyə Altun vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
0
missiya.az

1Sources