EN

"Qarabağ" Çempionlar Liqasında bir mərhələ irəlilədi

Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının növbəti mövsümünə birbaşa 2-ci təsnifat mərhələsindən start verəcək. Bu, artıq rəsmiləşib.

Far.Az xəbər verir ki, UEFA turnirində baş verən son nəticələr - xüsusilə də PSJ-nin "Arsenal" üzərində qələbə qazanaraq finala yüksəlməsi - bir sıra komandaların təsnifat mərhələsindəki mövqelərinə təsir edib.

Beləliklə, Slovakiyanın "Slovan Bratislava" klubu ilə yanaşı, Azərbaycan təmsilçisi "Qarabağ" da 1-ci mərhələni keçərək 2-ci təsnifata yüksəlib. Eyni zamanda, Yunanıstanın "Olimpiakos" klubu isə bu nəticələrdən sonra turnirə birbaşa Liqa mərhələsindən başlayacaq.

Chosen
0
far.az

1Sources