EN

İlqar Mirzəyevin oğlu atasının doğum günü ilə bağlı paylaşım etdi

"Ruhun şad olsun, canım ata. Bugün sənin ad günündür. Yaşasaydın, 52 yaşın olacaqdı".

Paralel.az xəbər verir ki, bu barədə Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev paylaşım edib.

"Ad gününü keçirtmirdin, deyirdin, Şuşamız hələ azad olunmayıb. Deyirdin, düşməndən qisas alacam, o zaman ad günü qeyd edərəm. Səninlə hər zaman fəxr etmişəm, hər zaman fəxr edəcəm. Uyuduğun torpağa and içmişəm, adını daim üstün tutacam, hər uca məqamda adın yüksələcək. Ad günün mübarək, Millətin Qəhrəmanı", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün şəhid Milli Qəhrəman, polkovnik İlqar Mirzəyevin doğum günüdür. İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Qardabani şəhərində anadan olub. Polkovnik İlqar Mirzəyev 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində döyüş zamanı ön xətdə şəhid olub.

Həmidə İbrahimova

Chosen
0
2
paralel.az

3Sources