EN

Si Cinpin Moskvada Putinlə görüşdü

Çinin sədri Si Cinpin İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak etmək üçün Rusiyaya səfər edib.

News24.az xəbər verir ki, bir çox liderlər Sovet İttifaqının və onun müttəfiqlərinin İkinci Dünya Müharibəsində nasist Almaniyası üzərində qələbəsinin 80-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək üçün Rusiyaya gəlməyə başlayıblar. 

Tədbirdə iştirak edən liderlər arasında olan Çin prezidenti Si Cinpinin də olduğu təyyarə Vnukovo Beynəlxalq Hava Limanına enib. 

Onun da qeyd edəık ki, hava limanında uçuşlar Sinin gəlişinə üç saatdan az qalmış, dron hücumu səbəbindən dayandırılıb.

Səfər çərçivəsində Sinin Rusiya prezidenti Vladimir Putinlə görüşü və cümə günü Moskvanın Qızıl Meydanında keçiriləcək hərbi paradda iştirak edəcəyi gözlənilir.

Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov deyib ki, Putin və Si görüş zamanı enerji sahəsində əməkdaşlıq və Çinə planlaşdırılan, lakin yarımçıq qalmış “Sibir Gücü 2” qaz kəməri kimi “ən həssas” məsələləri müzakirə edəcəklər.

Günel Məlikzadə

Chosen
0
news24.az

1Sources