EN

Tacirdən Əməkdara artistə SƏRT SÖZLƏR: "Fil qulağında yatmısan"

Müğənni Tacir Şahmalıoğlu qalmaqallı açıqlamlar verib.

Milli.Az xəbər verir ki, efirlərin birində qonaq qolan ifaçı həmkarının ünvanına sərt sözlər deyib.

Üzünü Əməkdar artist Vasif Məhərrəmliyə tutan Tacir bu sözlərlə barəsində dediklərinə etirazını bildirib.

"Mən elə bir sənətkaram ki, sənəti zəif olan yaradıcılığımı şərh edə bilməz. Necə ki, Vasif Məhərrəmli edə bilmədi. Elza Seyidcahan sənətimdən danışa bilər, çünki onun damarlarından musiqi axır. Yaxşı bəstəkardır, onun mahnılarını da sevirəm.

Vasifin "Mən həyatımla kifayətlənmişəm" sözü xoşuma gəlmədi. Bunu həyatı puç olmuş insana deyərlər. Mənim bir "Bayatı-şiraz"ımı 48 dövlət tanıyır. Qızıl fonddadır, həmçinin. Bu günə kimi oxuğum hər bir mahnı hit olub. Ya Vadifə indiyənə qədər mənim sənətim çatmayıb, ya da məni gözü götürmür. Uman yerdən küsərlər, ondan belə açıqlamanı gözləmirdim axı.

Vasif, fil qulağında yatmısan. Mənim səsim "Hollivuddan" gəlir, Çindən də, Rusiyadan da... Bilmədiyin şeyə şərh vermə. Toylar var ki, gəlinin yox, mənim qabağımda qurban kəsirlər".

Hüseyn
Milli.Az

Chosen
0
50
milli.az

10Sources