EN

"Bu sənədin hazırlanmasında Ulu Öndərin müstəsna xidmətləri olub" - Baş prokuror


Baş prokuror Kamran Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən tədbirdə mühüm fikirlər səsləndirib. O qeyd edib ki, Heydər Əliyev iyirminci və iyirmi birinci əsrlərdə Azərbaycanı parçalanmaqdan, yox olmaqdan xilas edərək ölkəni hüquqi, demokratik və müstəqil dövlət kimi yenidən inşa edib.

Baş prokuror diqqətə çatdırıb ki, ölkə başçısının 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycan dövlətçiliyinin əsas sütunlarının bir daha təhlil edilməsi və mənimsənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: "Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını yaradıb və bu sənədin hazırlanmasında Ulu Öndərin müstəsna xidmətləri olub".

Mətləb

Chosen
0
6
baki-xeber.com

10Sources