Pakistanın müdafiə naziri Xavaca Asif Pakistanın indiyə qədər Hindistanın hücumlarına cavab vermədiyini, sadəcə onları dəf etdiyini bildirib.
Editor.az xəbər verir ki, o həmçinin Pakistanın lazım bildiyi təqdirdə Hindistanın hücumlarına cavab verəcəyini və münaqişənin genişlənmə riskinin arta biləcəyini deyib.
“Biz vəziyyəti diqqətlə izləyirik və cavab verməli olduğumuzu hiss etdikdə, lazımi tədbirləri görəcəyik. Bu, şübhəsiz ki, münaqişənin bugünkü və ya dünən gecə olduğundan daha böyük bir şeyə çevrilməsi ehtimalını artıracaq”, – nazir açıqlamasında bildirib.
//Gülnarə Abasova, Editor.az