İki ölkə arasındakı müharibə GƏRGİNLƏŞİR: Hava limanı vuruldu!
Ajans.az xəbər verir ki, Hindistan pilotsuz təyyarəsi hava limanı yaxınlığında vurulub. Məlumata görə, Lahorun Qopal Naqar və Uolton hava limanı yaxınlığındakı Nəsirabad ərazilərindəki Uolton şossesində partlayış səsləri eşidilib. "İnsanlar evlərindən qaçaraq tüstü dumanları gördüklərini bildirirdilər. Polis mənbələri Hindistan pilotsuz təyyarəsinin Walton hava limanı yaxınlığında vurulduğunu bildirib", - nəşr qeyd edir. Təxminən 1,5 ilə 1,8 metr ölçüdə olan dronun xaricdən idarə olunduğu bildirilir. O, sistem tıxanması ilə vurulub. Dron həssas əraziləri izləmək üçün istifadə edilib. Mayın 6-da Hindistan Pakistanı vuraraq Sindoor əməliyyatına başlayıb. Hindistan tərəfi dəqiqləşdirib ki, zərbələrin hədəfi yalnız terrorçuların düşərgələri olub. Pakistan cavab olaraq Hindistanın mövqelərini atəşə tutub.