EN

Baş prokuror: "Bu, vətəndaş məmnunluğunun təmin olunmasında mühüm irəliləyişlərə səbəb olacaq"

BAKI, 8 may. TELEQRAF

Ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin qurucusu və Konstitusiya quruculuğunun banisi kimi rolu əvəzsizdir.

Teleqraf xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib.

O bildirib ki, dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan müstəqilliyini qoruyub saxlayaraq hüquqi dövlətin təməlini möhkəmləndirib, Prezident İlham Əliyevin rəhbərliyi altında isə dövlət suverenliyi tam təmin edilərək ərazi bütövlüyü bərpa olunub.

Baş prokuror, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə orqanlarının inkişafı və müasirləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib

O, istifadəyə verilən yeni korpusun müasir şəraitinin Bakı şəhər prokurorluğunun fəaliyyətinin daha da səmərəli və məhsuldar olmasına töhfə verəcəyini vurğulayıb.

Yeni inzibati binanın açılışı münasibətilə Baş prokuror, dövlət başçısına prokurorluq əməkdaşları adından dərin təşəkkürünü bildirərək, Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğının nəticəsində bu cür müasir infrastrukturun təmin olunduğunu qeyd edib. O, yeni şəraitin peşəkarlığın və iş potensialının artırılmasına, habelə vətəndaş məmnunluğunun təmin olunmasında mühüm irəliləyişlərə səbəb olacağını vurğulayıb.

Chosen
0
1
teleqraf.com

10Sources